Ağdamda beş maşın toqquşdu
Ağdamda iki yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, rayonun Quzanlı qəsəbəsində qeydə alınan zəncirvari qəza nəticəsində Nəsiməddin Mirzəyevə məxsus “VAZ-21015” markalı 90 RS 527 dövlət nömrə nişanlı avtomobil öndə gedən Musaməddin Səfərova məxsus “VAZ-2107” markalı 02 BR 939 dövlət nömrə nişanlı avtomobili vurub. Daha sonra “VAZ-2107” markalı maşın zərbənin təsirindən idarəetməni itirərək Əjdər Xəlilova məxsus “Mitsubishi Pajero” markalı 90 GZ 746 dövlət nömrəli avtomobilə dəyib.
Digər yol-nəqliyyat hadisəsi isə rayonun İmamqulubəyli kəndi ərazisində baş verib. Rayon sakini Əkbər Abbasov idarə etdiyi "VAZ-2107" markalı 02 BX 940 dövlət nömrə nişanlı avtomobillə dönmə əməliyyatı edərkən arxadan gələn İntiqam Nəsirova məxsus "NAZ Lifan" markalı 02 BN 510 dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulub. Nəticədə xəsarət alan olmasa da, maşınlara ziyan dəyib.
Hər iki faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?