Suriyada İŞİD-ə qarşı son əməliyyatın nəticələri açıqlandı

Türkiyə Silahlı Qüvvələri Dabık və ətrafdakı yaşayış məskənlərinin azad olunması əməliyyatlarında itkiləri açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ötən gün baş verən döyüşlərdə Azad Suriya Ordusuna məxsus 9 döyüşçü şəhid olub, 24 müxalif isə yaralanıb.

Dabıkla birgə 9 yaşayış məskəni İŞİD-dən azad olunub. Marenin şərqində yerləşən bölgənin minalardan təmizlənməsi həyata keçirilir. Türk ordusunun İŞİD mövqelərini bombardmanı, Azad Suriya Ordusunun isə irəliləyişi davam edir. İki hava hücumu nəticəsində 6 terrorçu məhv edilib.


Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu avqustun 24-də Suriya ərazisində "Fərat qalxanı" hərəkatına başlayıb. Əməliyyat nəticəsində Cerablus, Çobanbəy kimi böyük məntəqələr daxil olmaqla, ümumilikdə 146 yaşayış yeri terrorçulardan azad olunub. Eyni zamanda Türkiyə-Suriya sərhədi də İŞİD-dən təmizlənib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR