Gəncədə bir neçə ticarət obyekti yandı
Gəncədə bir neçə ticarət obyektində yanğın qeydə alınıb. APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami küçəsində baş verib.
Oktyabrın 17-də gecə saat 03:00 radələrində başlayan yanğın dönərxananın, qəzet köşkünün və qab-qacaq mağazasının ümumilikdə 65 kvadratmetr sahəsini yararsız hala salıb.
Ərazidəki 9 şam ağacı da yanıb. Əraziyə Gəncə Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən avtomobili cəlb olunub. Alovun başqa tikililərə keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.
Yanğının səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR
19:05
512
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
440
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
573
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
411
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
400
Növbəti günlərdə bizi necə hava gözləyir?
04:40
1212