Manat bahalaşdı - HƏFTƏNİN İLK MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi oktyabrın 14-ü ilə müqayisədə ucuzlaşaraq 1,5969 manat təşkil edib.

 

Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası zəifləyərək 1,7543 manat olub.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9419 manatdır. Beləliklə, funt sterlinq də ucuzlaşma nümayiş etdirib.


Rusiya rublunun məzənnəsi dəyişməyib, Türkiyə lirəsi ucuzlaşıb, Gürcüstan larisi isə bahalaşıb. 1000 rubl hazırda 25 manat 30 qəpik, 100 türk lirəsi 51 manat 58 qəpik, 100 gürcü larisi isə 67 manat 47 qəpik dəyərindədir.

 
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR