Mosula hücum başladı - QANLI DÖYÜŞLƏR GÖZLƏNİLİR
İraq hökuməti Mosulun İŞİD-dən təmizlənməsi üçün əməliyyatın başlandığını bəyan edib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu baş nazir Haydar əl-İbadi açıqlayıb.
Quru əməliyyatlarına 30 min hərbçinin və Bağdad hökumətinin bir neçə gün öncə anlaşdığı PKK terrorçuları qatılacaq. Hazırda şəhərdə 4,5 min terrorçu, 1 milyona yaxın sakinin olduğu bildirilir.
Hücumdan əvvəl İraq HHQ Mosula minlərlə xəbərdarlıq vərəqəsi atıb. Hökumət insanları təlaşa düşməməyə, evlərində olmağa çağırıb. Artıq şəhərə bir neçə aviazərbə endirilib. Bombardmanlar ABŞ və Fransanın rəhbərliyi ilə koalisiya qüvvələri tərəfindən həyata keçirilib.
Xatırladaq ki, ölkənin ikinci böyük şəhəri olan Mosul 2014-cü ildən terrorçuların nəzarətindədir.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?