Ukraynada separatçıların lideri liftdə partladıldı

Ukraynanın Donetsk şəhərində separatçıların liderlərindən biri öldürülüb.

 

APA TV-nin Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, yaşadığı evin liftində quraşdırılmış partlayıcı qurğunun işə salınması nəticəsində separatçı “Donetsk Xalq Respublikası”nın liderlərindən biri, “Motorola” ləqəbli Arsen Pavlov ölüb.

 

Separatçılar hadisənin törədilməsində Ukraynanın xüsusi xidmət orqanlarını ittiham edirlər.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR