Türkiyədə "canlı bomba"ları idarə edən şəxs özünü partlatdı: 3 polis şəhid oldu

Türkiyənin Qaziantep şəhərində İŞİD terrorçusunun üzərindəki partlayıcı qurğunu işə salması nəticəsində 3 polis şəhid olub.

 

APA TV-nin Türkiyə mətbuatına  istinadən verdiyi məlumata görə, 4-ü suriyalı olmaqla 8 mülki şəxs də yaralanıb.

 

Daha sonra polisə Qaziantep Universiteti qarşısındakı küçədə evlərdən birində “canlı bomba”ların olduğu barədə məlumat daxil olub.

 

Əməliyyat zamanı terrorçulardan biri üzərindəki partlayıcı qurğunu işə salıb. Nəticədə bir neçə polis əməkdaşı və mülki şəxs yaralanıb. İkinci "canlı bomba" polisə atəş açmağa başlayıb. 


Qaziantepdə keçirilən daha bir antiterror əməliyyatı zamanı şəhərin Burak məhəlləsində bir binada İŞİD terror təşkilatının Qaziantep rayonu üzrə məsul şəxs olan, rayonda terror aktlarını planlaşdıran və "canlı bomba" hücrələrini idarə edən Mehmet Kadir Sabel zərərsizləşdirilib.

 

Terrorçu qaçmaq şansı olmadığını görərək üzərindəki partlayıcı qurğunu işə salıb. Partlayış nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları arasında tələfat, yaralı olub-olmadığı barədə hələ açıqlama verilməyib.

 

M. K. Cebelin həyat yoldaşı və iki övladı sağ yaxalanıb. 

 

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR