Tovuzda toqquşan avtomobillərdən biri aşdı: yaralı var
Bakı-Qazax magistral yolunda sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun 438-ci kilometrliyində, Tovuz rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.
Rayon sakini 32 yaşlı Vüsal Qədirovun idarə etdiyi “QAZel” markalı yük avtomobili ilə 42 yaşlı Ədalət Namazovun idarə etdiyi “VAZ 2106” markalı avtomobil toqquşub. Zərbənin təsirindən avtomobillər yararsız hala düşüb və yük avtomobili yolun kənarına aşıb. Qəza zamanı "Jiquli"nin sürücüsü Ədalət Namazov müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:05
512
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
440
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
573
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
411
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
400
Növbəti günlərdə bizi necə hava gözləyir?
04:40
1212