Gəncədə avtobus qəzası: 3 yaralı

Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Bəxtiyar Əliyev küçəsində qeydə alınıb.

 

Şəhərdə 4 nömrəli xətt üzrə sərnişin daşıyan “İsuzu” markalı avtobusla “VAZ 2107” markalı avtomobil toqquşub. Qəza zamanı “Jiquli"nin sürücüsü olan  36 yaşlı Sənan Avazov, sərnişinlər, 27 yaşlı Aynurə İbrahimova və 29 yaşlı Xəyalə Musayeva müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR