Lənkəran sakini atasını və qardaşını bıçaqladı

Lənkəranda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə şəhərin Axundzadə-25 ünvanında qeydə alınıb.


Həmin ünvanda yaşayan Samir Müdəris oğlu Heydərli ailə münaqişəsi zəminində 80 yaşlı atasına və 47 yaşlı qardaşı Mahirə bıçaqla ağır bədən xəsarətləri yetirib. Hər iki yaralı dərhal  Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Boyun və bel nahiyəsindən kəsilmiş-deşilmiş yara alan Mahir Heydərli cərrahiyyə əməliyyatına götürülüb.

Boyun və boğaz nahiyəsində kəsimiş yaraları olan ata Müdəris Heydərova isə müvafiq tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Hadisəni törətmiş Samir Heydərli yaxalanaraq istintaqa cəlb olunub. Onun psixi problemləri olduğu bildirilir.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR