Gəncə sakini onu sancan ilanı öldürdü

Gəncə şəhər sakinini ilan sancıb. APA TV-nin qərb bürosunun məlumatına görə, 50 yaşlı Elsəvər Abdullayev bağ evində olarkən içəri daxil olan ilan onu gözlənilmədən sancıb.

Ev sahibi də dərhal ilana xəsarət yetirib. Yaralı Elsəvər Abdullayev Gəncə Şəhər Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, E. Abdullayevin yaraladığı ilan isə ölüb.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR