Gəncədə saxlanılan "avtoş"lardan biri: ""Ruçnoy" çəkmişəm..."
Gəncədə yol hərəkəti qaydalarını pozaraq müxtəlif ərazilərdə və toy karvanlarında avtoxuliqanlıq edən 3 nəfər saxlanılıb. APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi şöbəsi əməkdaşları şəhərin müxtəlif ərazilərində avtoxuliqanlıq edən gəncləri müəyyən edərək məsuliyyətə cəlb edib. Saxlanılan şəxslər Gəncə şəhər sakinləri 1991-ci il təvəllüdlü Emin Bədirov "Hyundai" markalı avtomobillə, 1989-cu il təvəllüdlü Ruslan Səlimov “VAZ 2107” ilə və Samux rayon sakini 1993-cü il təvəllüdlü Ceyhun Əliyev isə “Niva” markalı maşın ilə avtoxuliqanlıq ediblər. Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi şöbəsinin inspektoru Hacı Həsənov belə sürücülərə qarşı mübarizə tədbirlərinin müxtəlif istiqamətlərdə aparıldığını bildirib: "Həm vizual qaydada, həm də təhlükəsiz şəhər kameralarının görüntüləri vasitəsi ilə aşkarlanaraq, barələrində müvafiq sənədləşmə işləri aparıldıqdan sonra aidiyyatı üzrə məhkəmələrə təqdim olunurlar. Gördüyünüz kimi bu qayda pozuntusu ağır qəzaların baş verməsinə səbəb olur. Bu da xoşagəlməz hadisələrlə nəticələnir".
Toy karvanlarında avtoxuliqanlıq edən hər üç sürücü məhkəmənin qərarı ilə bir il müddətində sürücülük hüququndan azad edilib və barələrində inzibati qaydada 20 sutkalıq həbs qəti imkan tədbiri seçilib.
Saxlanılan şəxslər avtoxuliqanlıq etmədiklərinə müxtəlif bəhanələr gətiriblər.
Məlumata görə, Emin Bədirov və Ceyhun Əliyev mütəmadi olaraq yol hərəkəti qaydalarını pozduqlarına görə saxlanılıblar.
Yol polisi əməkdaşları şəhərdə qayda pozan və avtoxuliqanlıq edən sürücülərə qarsı tədbirlərin mütəmadi olaraq davam etdiriləcəyini bildiriblər.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?