At onu çubuqla vuran sahibəsinin başını təpiklədi

Qaxda at təpikləyən iki uşaq anası ağır xəsarət alıb. Qax Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA TV-yə  verilən məlumata görə, oktyabrın 15-i axşam saat 19:00 radələrində rayonun Tanqıt kənd sakini, 1981-ci il təvəllüdlü Tünzalə Əhliman qızı Hümbətova kəllə-beyin travması, beyin silkələnməsi və qulaq seyvanının cırığı xəsarəti ilə xəstəxanaya daxil olub.

Müayinə zamanı məlum olub ki, iki uşaq anası olan Tünzalə Hümbətovaya at təpik vurub.  Xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən qadına lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Tünzalə Hümbətovanın yaxınlarının APA TV-yə verdiyi məlumata görə, o, oğlu ilə birlikdə axşam saatlarında Tanqıt kənd inzibati ərazisindəki otlaq sahəsindən  ailəsinə məxsus atı evə aparan zaman cəld hərəkət etsin deyə, heyvanı arxadan çubuqla burub. Bu zaman at sahibəsinin başından təpikləyib.

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR