Ərdoğan: "Çevriliş iştirakçıları vətəndaşlıqdan çıxarılacaq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan doğma şəhəri Rizədə keçirilən açılış mərasimində tərəfdarları qarşısında çıxış edib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə FETÖ terror təşkilatına qarşı indiyədək keçirilən əməliyyatlar barəsində danışan Ərdoğan bu əməliyyatlarda həbs olunanların ölkə vətəndaşlığından çıxarılacağını bildirib: "Nə dedik? Onlar qaçacaq, biz qovacağıq dedik. Qovuruqmu, qaçırlarmı? Hara qaçırlarsa, qaçsınlar. İndi gedib qaçdıqları yerin vətəndaşı olsunlar. Artıq onlar bu dövlətin vətəndaşı olaraq xatırlanmayacaq".

 

Türkiyə prezidenti eyni zamanda 15 iyul çevriliş cəhdində adları hallananların ifşası prosesinin davam edəcəyini bildirib: "Türkiyə 15 iyul çevriliş cəhdinin qalıqlarını təmizləmək üçün qərarlı addımlarla irəliləyir. 15 iyulla hesablaşmaq demək öncəliklə bu çevrilişə cəhd edən təşkilat üzvlərini ictimaiyyətdən, iş dünyasından, vətəndaşlıq cəmiyyətlərindən xaric etmək deməkdir. Onlara zərərçəkən deyirlər. Mənim 241 şəhidimin, 2194 döyüşçümün ailəsi zərərçəkən deyilmi?"

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR