Bağdadın şiə məhəlləsində dəhşətli partlayış: 31 ölü

İraqın paytaxtı Bağdadda dəhşətli terror aktı törədilib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumata görə, kamikadze Şaab bazarı yaxınlığında, şiələrin təziyə mərasimi zamanı kütlənin içərisinə daxil olaraq, özünü partladıb.

 

İlkin məlumatlara görə, hadisə nəticəsində ümumilikdə 31 nəfər ölüb, 30 nəfər  yaralanıb.   

 

Qeyd edək ki, İŞİD sözü gedən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR