Suriyada İŞİD-ə qarşı güclü hücum başladı - TÜRKİYƏ DƏSTƏK VERİR

Azad Suriya Ordusu (ASO) Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə İŞİD-ə qarşı növbəti əməliyyata başlayıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ASO İŞİD terrorçularının nəzarətində olan Dabıq qəsəbəsinə hücuma keçib.

 

Dabık qəsəbəsi bir müddət əvvəl terrorçulardan təmizlənən Azez bölgəsinin şərqində yerləşir. Türk tankları və qırıcılarından Dabık ətrafına zərbələr endirilir. Bölgədən qalxan tüstü Türkiyənin Kilis bölgəsindən də aydın görünür. Dabıkda və ətrafında 1200 İŞİD terrorçusunun mövcud olduğu bildirilir.

 

Qeyd edək ki, Suriyanın şimal qərbində yerləşən və Hələb vilayəti ilə qonşu olan qəsəbə 2014-cü ilin avqust ayında İŞİD-in nəzarətinə keçib. 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR