Suriya xəritəsi yenə masaya sərildi - NÖVBƏTİ DANIŞIQLAR
Bu gün İsveçrənin Lozanna şəhərində Suriya böhranı ilə bağlı növbəti danışıqlar keçiriləcək. APA TV-nin məlumatına görə, müzakirələrdə ABŞ, Rusiya, Türkiyə və BMT-nin xüsusi nümayəndəsi Stefan de Mitsura iştirak edəcək.
Con Kerri və Sergey Lavrov artıq Lozannadadır. Ən maraqlı məqam məhz bu iki ölkənin təmsilçisinin münasibəti olacaq. Çünki bu yaxınlarda ABŞ tərəfi sözügedən danışıqlarda Rusiya ilə müzakirələrə son qoyduğunu açıqlayıb. Bu müddət öncə isə Vaşinqtonun Lozanna danışıqlarına qatılacağı məlum olub.
Görüşdən əvvəl Rusiya tərəfi danışıqlarda Misir, İran və İraqın da təmsil olunmasını israr edib. Lavrov həmin ölkələrin məsələyə birbaşa təsir imkanlarının olduğunu vurğulayıb.
Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov hər üç ölkənin nümayəndəsi ilə ABŞ-ın mövqeyi barədə müzakirələr aparacaqlarını gizlətməyib. Adı çəkilən ölkələr isə danışıqlara qatılacaqlarını artıq təsdiqləyiblər.
Bundan əlavə, görüşdə Səudiyyə Ərəbistanı və Qətərin də iştirakı gözlənilir.
Bu arada Pentaqon Suriya və İraqda anti-terror əməliyyatlarında dəstək verəcəyi və bərabər hərəkət etmək istədiyi tərəflərin adlarını açıqlayıb. Həmin siyahıda Rusiyanın adı çəkilmir.
Xatırladaq ki, Lozanna danışıqlarının nəticələrini Obama administrasiyasının xüsusi diqqətdə saxladığı bildirilir. Dövlət Departamentinin rəsmisi Mark Toner danışıqlardan yekunundan asılı olmayaraq, müzakirə aparan tərəflərin gələcəkdə sülhün əldə edilməsi üçün sıx təmasda işləyəcəklərinə ümidvar olduqlarını deyib.
Rusiya prezidenti Vladimir Putin isə Almaniya kansleri və Fransa prezidenti ilə telefon danışığında görüşdən müsbət nəticə gözlədiyini qeyd edib.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?