İstanbulda küçədən 25 min Azərbaycan manatı tapıldı - PUL POLİSDƏDİR
İstanbulda yerləşən avtobus dayanacağında təxminən 50 min lirə civarında valyuta tapan Hənifə Öndər onu sahibinə vermək məqsədilə polisə təqdim edib.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Ədirnəqapıda dünən axşam saatlarında rəfiqəsinin qızı ilə gəzintiyə çıxan Hənifə Öndər avtobus dayanacağında sarı rəngli bir paket olduğunu görüb.
Paket sahibsiz olduğundan, Hənifə Öndər əvvəlcə ona şübhəli yanaşıb. Daha sonra paketi açan Öndər içərisində dəstə şəklində pul görüb. Avtobus dayanacağında heç kəs olmadığından, Hənifə Öndər pul dolu paketi götürərək Eyüp qəsəbə polis idarəsinə gətirib. Polis əməkdaşları tərəfindən qarşılanan Öndərə göstərdiyi örnək davranış səbəbi ilə təşəkkür edilib. Paketin içində təxminən 50 min lirə civarında valyuta, daha doğrusu, 25 min Azərbaycan manatı olduğu təsdiq edilib.
Hənifə Öndər pulun sahibinə çatmasını arzuladığını vurğulayıb: "Polis mərkəzindən sonra evə getdim. Çəkdiyim şəkilləri sahibi tapılsın deyə sosial mediada paylaşdım. istifadə etdiyim sosial şəbəkələrdə də paylaşdım. Belə bir hadisə baş versə, hər kəsin mənim atdığım addımı atmasını istərdim. Polis əməkdaşları da söhbət zamanı mənə dedilər ki, pul üçün bir-birini öldürənlərə sizin hərəkətiniz örnək olmalıdır. Pulun sahibi tapılsa, görüşmək istəyərdim. İnşallah, pul sahibinə çatar və çox xoşbəxt olar. Restoranda çalışıram, usta köməkçisiyəm. Alın tərimlə qazandığım pulla dolanırıq".
Polis əməkdaşları pulu sahibinə çatdırmaq üçün əməliyyata başlayıblar.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?