Azərbaycanlı diplomat Kiyevdə ağır qəza törətdi - HADİSƏ YERİNDƏN
Kiyevdə Azərbaycan səfirliyinin əməkdaşı qəza törədib. APA TV-nin Ukrayna saytlarına istinadən məlumatına görə, hadisə şəhərin Bessarabski meydanının yaxınlığında qeydə alınıb.
Səfirlik işçisi yüksək sürətlə hərəkətdə olarkən avtomobili Şevçenko bulvarı istiqamətinə döndərmək istəyib. Bu zaman idarəetmədən çıxan maşın tratuara çıxaraq işıqfora dəyib. Zərbənin gücündən qarşı yola uçan "Mitsubishi" daha sonra iki avtomobilə - "Renault" və "Toyota"ya çırpılıb.
"Renault"un sürücüsü ağır xəsarət alıb. Hadisə yerinə xilasedicilər və təcili yardım, həmçinin azərbaycanlı diplomatların gəldiyi bildirilir. Qəza baş verən yol nəqliyyatın hərəkəti üçün bağlanıb.
OXŞAR XƏBƏRLƏR
19:05
525
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
451
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
582
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
414
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
404
Növbəti günlərdə bizi necə hava gözləyir?
04:40
1214