Dolmanın içindən narkotik çıxdı - HƏBSXANAYA ÖTÜRÜLƏRKƏN

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsinin və 3 saylı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb.


Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələrinə əsasən həbsdə saxlanılan Ramazanov Sərvan Əlikram oğluna qardaşı, Bərdə rayonunun Lək kənd sakini Ramazanov Sərxan Əlikram oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman plastik qabın içərisində olan dolmanın altında sellofana bükülərək gizlədilən, xalis çəkisi 8,328 qram olan narkotik vasitə - marixuana aşkar edilərək götürülüb.


Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Xəzər Rayon Polis İdarəsinə göndərilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR