İŞİD snayperləri 14 əsgəri öldürdü - LİVİYADA QANLI DÖYÜŞ

Liviyada İŞİD-lə döyüşlər başlayıb. APA TV-nin Rusiya mətbuatına məlumatına görə, qarşıdurma Sirt şəhərində qeydə alınıb.

Bir neçə saat davam edən döyüşdə hökumət qüvvələri 14 əsgərini itirib, 30 yaralı var. Əsgərlərin hamısı snayper atəşi ilə öldürülüb. Terrorçuların nə qədər itki verdiyi məlum deyil.

Sirtin İŞİD-dən təmizlənməsi istiqamətində aylardır əməliyyat keçirilir. Avqustda bəri şəhərin bəzi əraziləri terrorçulardan azad edilsə də, iki strateji səmt hələ də onların nəzarətindədir. Müqavimət göstərən İŞİD həmin mövqelərdə snayperlər saxlayır və onlar hökumət qüvvələrinin irəliləməsinə imkan vermirlər.

Xatırladaq ki, Sirt 2015-ci ildə İŞİD tərəfindən ələ keçirilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR