Neft cüzi ucuzlaşdı: Çində ehtiyac, ABŞ-da ehtiyat artır

Dünya bazarında neftin qiymətləri cüzi ucuzlaşıb.

 

APA TV-nin məlumatına görə, səhər seanslarında "Brent" markalı neftin 1 barelinin dəyəri ucuzlaşaraq 51,95 dollar olub.
 

Texas nefti də dəyər iitrib. WTI markasının qiyməti azalaraq 50,35 dollar təşkil edib.

 

Qiymətlərin bir müddət 53 dollara qədər yüksəlməsinə müxtəlif səbəblər göstərilib. Bunlardan ən başlıcası ötən ay dünyada ən böyük neft müştərilərindən olan Çinin digər böyük alıcı ABŞ-ı idxalda qabaqlamasıdır. Çin ötən ilə nisbətən idxalı 18 faiz artırıb.

Bu arada ABŞ-da neft ehtiyatlarında artım müşahidə olunur. Bu faktın "qara qızıl"ın qiymətinə təsirsiz ötüşməyəcəyi proqnozlaşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR