İmişlidə canavarlar kəndə hücum etdi

İmişlidə iribuynuzlu mal-qara vəhşi heyvanların hücumuna məruz  qalıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, canavarların hücumu rayonun Məmmədli kəndi ərazisində  yerləşən təsərrüfatda qeydə alınıb.

 

Təsərrüfat sahibinin sözlərinə görə, belə hadisə dəfələrlə təkrarlanıb. Digər sakinlər də oxşar hadisələrin tez-tez təkrarlandığını deyirlər. Onların sözlərinə görə, canavarların sayı artmaqdadır.

 

Hadisə ilə bağlı dərhal rayon Baytarlıq İdarəsinə müraciət edilib. Həkim-baytar da bu ərazilərdə vəhşi heyvanların hücumlarının tez-tez baş verdiyini bildirib. O, mal-qaraya quduzluğa qarşı vaksinlərin dərhal vurulmasının vacibliyini qeyd edib. Həkim-baytarın sözlərinə görə, vəziyyət nəzarət altındadır.

 

Sakinlər vəhşi heyvanların təsərrüfata ziyan vurması ilə yanaşı, insanlar üçün də təhlükəli olduğunu deyirlər.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR