KTMT ölkələri İrəvanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat verdilər
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Vyana və Sankt-Peterburq sammitlərinin nəticələrinə dəstək ifadə ediblər.
APA TV-nin məlumatına görə, bu barədə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasının yekununda qəbul edilən bəyanatda deyilir.
İclasın yekunları ilə bağlı keçirilən mətbuat konfransında Ermənistan prezidenti Serj Sarkisyan bildirib ki, sessiyada Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyi qeyd olunub. Onun sözlərinə görə, iclas iştirakçıları münaqişə zonasında vəziyyətin yenidən pisləşməsinə yol verməmək, vəziyyətin stabilləşməsi və sülh prosesinin irəliləməsi üçün şəraitin yaradılmasının vacibliyinin qeyd olunduğu Vyana və Sankt-Peterburq sammitlərinin nəticələrinə dəstəklərini ifadə ediblər. Həmçinin, ölkələr ATƏT-in Minsk qrupunun münaqişənin beynəlxalq hüquq və norma prinsipləri, Helsinki Yekun aktı və BMT nizamnaməsində göstərilən güc tətbiq etməmə və ərazi bütövlüyü prinsipləri əsasında həlli istiqamətində səylərini dəstəkləyiblər.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?