2026-cı ilin dünya çempionatı Avropa və Asiyada keçirilməyəcək
Beynəlxalq Futbol Federasiyası (FİFA) Şurasının Sürixdə keçirilən toplantısında 2026-cı il dünya çempionatının keçirilməsi üçün ərizələrin qəbulu prinsipi təsdiqlənib.
APA TV-nin xəbərinə görə, ərizələr 2018 və 2022-ci il mundiallarına ev sahibliyi etmiş ölkələrdən - Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) və Asiya Futbol Konfederasiyası (AFK) üzvlərindən qəbul edilməyəcək.
Avropa ölkələri dünya birinciliyinin keçirilməsinə yalnız o vaxt iddia edə bilərlər ki, digər qitələrdən olan namizədlər texniki və maliyyə tələblərə cavab verməsinlər.
Bununla yanaşı, çempionatın bir neçə ölkə tərəfindən birgə keçirilməsi üçün heç bir məhdudiyyət yoxdur.
2026-cı ilin dünya çempionatına ev sahibliyi üçün əsas namizəd ABŞ hesab edilir.
OXŞAR XƏBƏRLƏR
19:05
526
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
451
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
582
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
414
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
404
Növbəti günlərdə bizi necə hava gözləyir?
04:40
1214