Xaçmazda 32 yaşlı kişini maşın vurdu, sürücü qaçdı

Oktyabrın 14-ü axşam saatlarında Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qımılqışlaq kəndi ərazisində qeydə alınıb.

 

Yolu keçmək istəyən piyada 32 yaşlı Adayev Bəhruz  Məhəmməd oğlunu maşın vurub. Xəsarət alan piyada Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta ağırdır. Hadisəni törədən avtomobilin sürücüsü qəzadan sonra ərazidən uzaqlaşıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR