Silah alverçiləri tutuldu
Respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti əməliyyat tədbirləri həyata keçirib və nəticədə odlu silah-sursatın qanunsuz alqı-satqısı ilə məşğul olan cinayətkar dəstənin üzvləri zərərsizləşdirilib.
APA TV xəbər verir ki, daxil olan məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan Rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini Şikar Məmmədov Bərdə rayonunu ərazisində “Kalaşnikov” markalı silahı, içərisində 42 ədəd patronu olan daraqlarla birlikdə satmaq istəyən zaman saxlanılıb.
Əməliyyat tədbirlərinin davamı olaraq Şikar Məmmədova həmin silah və döyüş sursatlarını satan Laçın rayon sakini Tacir İsgəndərov da tutularaq məsuliyyətə cəlb olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?