Xristian merin sözləri müsəlmanları ayağa qaldırdı
İndoneziyada İslam Müdafiəçiləri Cəbhəsinin 5000-ə yaxın üzvü İslam dinini təhqir etdiyi bildirilən Cakarta meri Basuki Tjahaja Purnamaya qarşı etiraz aksiyası keçirilib.
Aksiya iştirakçıları İslam dininə qarşı həqarətə görə merin mühakimə olunmasını tələb edib. Cümə namazından sonra minlərlə adam Cakarta meriyasını doğru yürüş edib. Polis ərazidə təhlükəsizlik tədbirləri görüb.
İslam Müdafiəçiləri Cəbhəsinin rəhbəri Həbib Riziek bildirib ki, mer ifadələrinin cəzasını çəkməlidir. O, əlavə edib ki, Cakarta rəhbərinə qarşı cinayət işi açılmasa, aksiyalar davam edəcək və daha da genişlənəcək.
2014-cü ildə vəzifəyə gələn Cakartanın ilk Çin əsilli meri Purnama 50 il ərzində bu vəzifəni tutan ilk xristiandır. O, bir müddət əvvəl yerli seçkilərlə bağlı çıxışında bildirib ki, ona qarşı çıxan bir qrup müsəlman “Quran-i Kərim” ayələri ilə insanları axmaq yerinə qoyur.
Bu sözlərin etirazla qarşılanmasından sonra mer müsəlmanların müqəddəs kirabını təhqir etmədiyi bildirib və indoneziyalı müsəlmanlardan üzr istəyib.
Səlahiyyət müddəti 2017-ci ilin fevralında başa çatacaq Basuki Tjahaja Purnama yenidən Cakarta meri vəzifəsinə namizəddir. Dini təşkilatlar isə bəyan ediblər ki, müsəlmanların müsəlman olmayan namizədə səs verməsi haramdır. İndoneziya müsəlmanlarının lideri Əbdül Mukti isə bu bəyanata qoşulmayıb və həmin dini təşkilatların müsəlmanları təmsil etmədiyini bildirib.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?