İmişlidə ər 17 yaşlı arvadını baltaladı

İmişlidə qətl hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qətl hadisəsi ötən gecə saat 01.00 radələrində İmişli  rayonunun Gövhərli kəndində baş verib.

 

Həmin kəndin sakini, 26 yaşlı Ağabba Alibaba oğlu Nəsirov  arvadı, 17 yaşlı Aygün Altay qızı Abdulxalıqovaya balta ilə 3 zərbə vuraraq qətlə yetirib. A.Nəsirov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı İmişli rayon Prokurorluğunda cinayət işi açılıb,  araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR