Ermənilər işğal edilən Azərbaycan torpaqlarında yanğınlar törətdi
Bu gün səhər saatlarında Ağdamın Uzundərə adlanan ərazisində hərbi təlimlər keçirən erməni hərbi birləşmələri işğal edilən Azərbaycan torpaqlarında yanğınlar törədib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, yanğınlar Ağdamın işğal altında olan Tərnöyüt və Xaçınabad kəndləri ərazisində müşahidə olunub. Kəndlərdən qalxan tüstünü kilometrlərlə uzaqdan müşahidə etmək mümkün olub.
Ermənilərin yaratdığı bu gərginlik cəbhəyanı kəndlərin sakinlərinin narahatlığına səbəb olub. Çünki hər dəfə işğal altında olan ərazilərdə keçirilən hərbi təlimlərdən və törədilən yanğınlardan sonra gəmiricilərin və yırtıcıların axını müşahidə olunur.
Şamxal Hacıyev, Çəmənli kənd sakini: "Onlar oraları yandıranda, təlim keçirəndə nəsə tüstü qalxır, çaqqallar, canavarlar gəlir. Ən çox da siçanlar, gəmiricilər taxıla gəlir".
Ermənilərin keçirdiyi təlimlər zamanı ağır artilleriyadan açılan mərmilərin yaratdığı torpaq titrəyişi cəbhəyanı kəndlərdə evlərə ciddi ziyan vurur. Yerli sakinlər ermənilərin neçə illərdir işğal altında olan ərazilərdə törətdiyi yanğınların ekoloji terror olduğunu, irimiqyaslı təlimlərin isə Azərbaycan kəndlərinə ciddi maddi ziyan vurduğunu deyir.
Şamxal Hacıyev, Çəmənli kənd sakini: "Evlər çatlayır, yağış yananda damır, nəmlik verir, evin döşəməsi aralanır, xərc çəkirik, təzədən bir də olur. Bizim evdə olur, kənddə hamının evi olur".
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?