Lənkəranda zəncirvari qəzada 5 tələbə yaralandı

Lənkəranda 6 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 14.00 radələrində Ələt-Astara magistralının rayonun Digah kəndindən keçən hissəsində qeydə alınıb.

 

Sürücüsünün kimliyi hələlik məlum olmayan “FORD” markalı, 10 VZ 539 dövlət nömrə nişanlı mikroavtobusun Lənkəran rayon sakinləri - 58 yaşlı Firudin İman oğlu Bəqəliyevin idarə etdiyi “VAZ-2106” markalı, 42 BB 627 dövlət nömrə nişanlı və 56 yaşlı Bəxtiyar Əlihüseyn oğlu Məmmədovun idarə etdiyi “Mercedes” markalı, 10 CL 221 dövlət nömrə nişanlı minik avtomobillərinin toqquşması nəticəsində “VAZ-2106”-nın sürücüsü daxil olmaqla 5 sərnişini, Masallı rayon sakinləri - 17 yaşlı Yeganə Fikrət qızı Abışova, 18 yaşlı Selcan Vüqar qızı Tahirzadə, 17 yaşlı Aytac Allahşükür qızı Kərimli, 18 yaşlı Xanımbacı Əlican qızı Əliyeva və Salyan rayon sakini, 18 yaşlı Sadiq Elman oğlu Rəsulbəyli müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar hadisə yerinə çağırılmış təcili yardım maşınlarında Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Yaralıların hamısına zəruri tibbi yardım göstərilib. Onlardan Xanımbacı Əliyevanın vəziyyəti daha ağır olduğundan, reanimasiya şöbəsinə yerləşdirilib.

 

Qəza zamanı hər üç nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

 

Məlumata görə, “VAZ-2106”-nın xəsarət almış sərnişinləri Lənkəran Dövlət Universitetinin dərsdən çıxıb evə gedən tələbələri olub.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparır.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR