Bakıda itlərin parçaladığı kişinin kriminal avtoritet olduğu ehtimal edilir
Bakıda heyvanlar tərəfindən parçalanmış meyiti tapılan şəxslə bağlı maraqlı faktlar məlum olub.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, meyiti tapılan şəxsin kriminal aləmin üzvü olması, xristian dininə mənsubluğu və məhkumluq həyatı yaşadığı ehtimal edilir.
Bu iddiaları meyitin üzərindəki döymələr də təsdiqləyir. Fotolardan aydın görünür ki, onun bədənində xaç, Müqəddəs Məryəmlə İsanın, oğru dünyasının simvollarından sayılan 8 guşəli ulduz və digər işarələrin döymələri, ayağında isə "05 uqolovnıy kodeks" döyməsi var.
Hüquq-mühafizə orqanlarından həmçinin bildirilib ki, heyvanlar meyiti parçaladığı üçün onun üzü tanınmaz hala düşüb. Bu səbəbdən kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Lakin onun kriminal aləmlə bağlı olması və məhkumluq həyatı yaşaması ehtimalı nəzərə alınaraq Penitensiar Xidmətin bütün cəzaçəkmə müəssisələrinə sorğu göndərilib.
Qeyd edək ki, ötən gün paytaxtın Qaradağ rayonu ərazisində sakinlər yol kənarında insan meyitinin itlər tərəfindən parçalandığının şahidi olublar. Dərhal əraziyə polis əməkdaşları çağırılıb.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?