Ermənilər işğal altındakı torpaqlarımızda yenidən hərbi təlimlər keçirdi

Erməni silahlı birləşmələri işğal altındakı Azərbaycan torpaqlarında yenidən hərbi təlimlər keçirib.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, təlimlərdə ağır artilleriya və zirehli texnikalardan istifadə edilir.

 

Ağdamın Uzundərə adlanan ərazisində atılan top, tank və digər iriçaplı qurğuların sursatlarının partlayış səsi cəbhəyanı yaşayış məntəqələrində eşidilir.

 

Ermənilər təlim keçirdiyi zaman əraziyə canlı qüvvə daşıyan yük maşınlarının hərəkəti müşahidə olunub. Bu zaman erməni silahlı qüvvələri hərbi təlimi dayandırıb. Düşmənə məxsus hərbi texnikaların əsasən iki istiqamətdə - Ağdam şəhəri və Uzundərə adlanan ərazi istiqamətində hərəkəti müşahidə olunub. Ağdam şəhəri istiqamətində erməni əsgərlərini daşıyan hərbi eşelonun son dayanacağını müşahidə etmək olmasa da, Uzundərə istiqamətində cəmləşən düşmən əsgərlərinin son dayanacağını APA TV-nin əməkdaşları lentə almağı bacarıb.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR