Cahangir Hacıyevə hökm oxundu - 15 İL

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

APA TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

 

Hökmə əsasən, C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Fındıq Zavodunun direktoru işləmiş, hazırda zamində olan Azad Cavadov 10 il 11 ay, bankın Mərkəz filialının sabiq direktoru Yusif Ələkbərov 7 il 6 ay, “İnter Security” MMC-nin keçmiş direktoru işləmiş İbrahim Hüseynov 6 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Beynəlxalq Bankın Mərkəz filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Mərkəz filialının müdiri işləmiş İlqar Abdullayev və bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov 3 il şərti olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

 

Hökmdə bildirilir ki, Cahangir Hacıyevdən 63 milyon 80 min manat tutularaq Beynəlxalq Banka, 7 milyon manat tutularaq isə "Aqrokredit" QSC-yə verilməlidir.

 

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR