Zaqatala Sərhəd Dəstəsində dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü qeyd olunub
Dövlət Sərhəd Xidmətinin (DSX) Zaqatala Sərhəd Dəstəsində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə yubiley tədbiri keçirilib.
APA TV-nin məlumatına görə, prezident İlham Əliyevin oktyabr ayının 11-də imzaladığı "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümü haqqında" sərəncamı ilə əlaqədar təşkil edilmiş yubiley tədbirində DSX-nin Zaqatala SD-nin şəxsi heyəti, Zaqatala Rayon İcra Hakimiyyətinin nümayəndələri və valideynlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Zaqatala SD-nin rəisi, polkovnik Hicran Hüseynov müstəqillik tariximizə nəzər salaraq, ulu öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanması istiqamətindəki misilsiz xidmətlərindən minnətdarlıq hissi ilə danışıb. Bildirilib ki, ölkəmizin regionda və dünya birliyində nüfuzu artdıqca, sərhədlərimizin daha möhkəm qorunması, qazanılmış uğurların daxili və xarici təhdidlərdən müdafiə olunması, təhlükəsizliyimizin təmin edilməsi daha böyük əhəmiyyət kəsb edir.
Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Tofiq Əhmədov sərhədçiləri Azərbaycan müstəqilliyin bərpasının 25-ci ildönümü münasibətilə təbrik edib. Daha sonra Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin təbrik məktubu oxunub.
Çıxışlardan sonra qarnizonun şəxsi heyəti təntənəli marşla tribunanın önündən keçib.
Tədbir Zaqatala rayon Mədəniyyət Evinin təşkilatçılığı ilə keçirilən bayram konserti ilə davam edib.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?