Türkiyədə silsilə terror aktları: 6 vilayətdə 4 şəhid, 13 yaralı

Türkiyənin altı vilayətində terror aktları baş verib. APA TV-nin məlumatına görə, baş verən hadisələr nəticəsində türk ordusu dörd şəhid verib, 13 yaralı var.

 

Mardin-Diyarbəkir avtomobil yolunda hərbi avtomobilin keçdiyi vaxt yola yerləşdirilən uzaqdan idarə olunan partlayıcı qurğu işə salınıb. Bölgəyə çoxlu ayda ambulans cəlb olunub. İlkin məlumatlara görə 3 hərbçi şəhid olub. Partlayışdan sonra PKK terrorçularının yaxalanması üçün əməliyyata başlanıb.

 

PKK terrorçuları Hakkari vilayətinin Şəmdinli qəsəbəsində də yola döşənmiş partlayıcını hərbi avtomobil keçərkən partladıb. Yaralanan 4 hərbçi helikopterlərlə xəstəxanaya çatdırılıb. Yüksəkova Dövlət Xəstəxanasına çatdırılan yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb.

 

Vanın Başkale qəsəbəsində də yola döşənmiş partlayıcı işə salınıb. Hərbi avtomobilin keçdiyi vaxt baş verən hadisə nəticəsində ikisi ağır olmaqla 8 hərbçi yaralanıb. Hərbçilər xəstəxanaya çatdırılıb, bölgədə hava dəstəkli əməliyyat başlanıb.

 

Adıyamanda da PKK terrorçuları ilə hərbçilər arasında atışma olub. İlkin məlumatlara görə, 1 hərbçi yaralanıb. Diyarbəkirin Kulp qəsəbəsində isə hərbi qərargaha hücum edən terrorçular cavab atəşindən sonra hadisə yerindən qaçıblar. Qaçan terrorçuların yaxalanması üçün əməliyyat başlanıb.

 

Bitlisin Tatvan qəsəbəsində PKK-çıların hücumu nəticəsində bir çavuş yaralanıb. Yaralı xəstəxanaya çatdırılıb. Təslim olmayan terrorçulara qarşı əməliyyat davam etdirilir.

 

Türkiyənin turizm bölgələrindən olan Antalya vilayətində də partlayış törədilib. Kəmər rayonunda balıqçıların müvəqqəti yaşadığı binaya iki qumbaraatan mərmisi atılıb. Əraziyə xeyli təcili tibbi yardım maşını və xüsusi təyinatlı polis dəstəsi cəlb olunub. Polis əməkdaşları hava limanına çatan zaman daha bir partlayış səsi eşidilib. Ərazidə irimiqyaslı əməliyyat başlayıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR