FES: Prezident seçkilərinə qədər pul-kredit siyasəti dəyişməyəcək
Noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçkilərinədək Federal Ehtiyatlar Sistemi (FES) pul-kredit siyasətini dəyişməyə bilər.
"APA-Economics" xəbər verir ki, bunu Filadelfiya Federal Ehtiyat Bankının prezidentinin Patrik Harker bildirib.
Eyni zamanda P.Harkerin sözlərinə görə, ABŞ iqtisadiyyatı "heç də pis təsir bağışlamır" və əmək bazarı stabildir.
Maraqlıdır ki, FES rəsmiləri adətən seçki prosesindən kənarda qalmağa çalışır. Bu baxımdan P. Harkerin açıqlaması təəccüb doğurmaya bilməz. Ekspertlərin sözlərinə görə, P.Harkerin "qəribə etirafı" onu deməyə əsas verir ki, FES öz siyasətini yeni prezidentin kimliyindən asılı olaraq quracaq.
Düzdür, P.Harker bu il FES-in toplantılarında səsvermə hüququna malik deyil və yalnız 2017-ci ildə bu hüququ əldə edəcək. Daha bir maraqlı məqam ondan ibarətdir ki, P.Harker 1-2 noyabr tarixlərində baş tutacaq FES-in toplantısında müzakirələrdə iştirak edəcək.
İnvestorlar isə prezident seçkilərindən öncə uçot dərəcəsinin artırılacağına inanmır.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?