Türkiyədə 3 general və 1 admiral sərbəst buraxıldı - FETÖ ARAŞDIRMASI

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra həbs olunmuş 3 general və 1 admiral sərbəst buraxılıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, generallar Əli Akyürək, Vəli Yıldırım, Şener Yazıçıoğlu və admiral Məsud Ak azad edilib. Bu şəxslərin çevrilişə cəhd etmiş hərbi qanadla əməkdaşlığına dair şübhə olsa da, məhkəmə qərarını kifayət qədər dəlil olmaması ilə əsaslandırıb. 

 

Qeyd edək ki, general Vəli Yıldırım Ali Hərbi Şuranın qərarı ilə təqaüdə göndərilib, Məsud Ak isə Silahlı Qüvvələrdən xaric edilib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR