İrəvanda orduda öldürülən əsgərlərin valideynləri aksiya keçirdi
"Biz tələb edirik, bizim oğullarımızın qatilləri tapılsın və cəzalandırılsın". APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, bu sözləri dinc şəraitdə qətlə yetirilən Ermənistan ordusunun əsgərlərinin valideynləri İrəvanda keçirilən növbəti aksiyada səsləndiriblər.
Onlar ölkənin baş prokuroru ilə görüşməyə cəhd ediblər. Qara geyimli valideynlər Ermənistanın yeni baş prokuroruna bundan əvvəlki tələblərinin yerinə yetirilmədiyini və cinayətkarların azadlıqda gəzməsi barədə şikayət etmək istəyiblər.
"Biz gözləyirik ki, haqq-ədalət öz yerini tapacaq. Biz övladlarımızın qatillərinin cəzalandırılmasını hər zaman tələb edəcəyik. Amma uzun illərdir ki, bizim şikayətimizə baxan yoxdur", - deyə aksiya iştirakçıları qeyd edib.
Görüş baş tutmayıb.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?