Neftin qiyməti 52-53 dollar arasında dəyişir
Neftin qiyməti bir günlük ucuzlaşmadan sonra yenidən bahalaşıb. APA TV-nin məlumatına görə, ötən gün birjalarda “Brent” markalı neftin bir bareli 51,27 dollara qədər enib. Səhər seanslarında isə bu markadan olan neftin bareli bahalaşaraq 52,17 dollardan təklif olunur.
Qərbi Texas neftinin qiyməti də bahalaşıb. Dünənki seanslarda bir barelinin qiyməti 50 dolların altına düşən WTİ nefti 50,80 dollardan təklif olunur.
Dünya bazarında xam neftin qiyməti bir günlük enişdən sonra yenidən qalxıb. Bu arada ABŞ-da neft ehtiyatlarında artım müşahidə olunur. Son altı həftədə Neft İnstitutunun açıqlaması ehtiyatların azalması yönündə olmuşdu. Bu həftə ölkə üzrə stoklarda artım qeydə alınıb. Eyni zamanda OPEK ölkələrinin hasilata məhdudiyyət qoyulması ilə bağlı anlaşılmazlıq yaranıb. Hasilatın dondurulması qərarının qüvvədə olacağı müddət bir ildən altı aya azaldılıb. Bəzi ölkələrin kvotası hələ də müəyyənləşməyib. Bunlara baxmayaraq neftin qiymətləri bir dollara qədər qalxıb. Görünür, ciddi hadisə baş verməsə qarşıdakı həftə ərzində də neftin qiyməti 50 dollar ətrafında dəyişəcək.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?