Bəşər Əsəd: "Havada 3-cü dünya müharibəsinin qoxusu var"

"Səudiyyə Ərəbistanı Suriyada böhranın dayanması üçün təklif edib, lakin bunun müqabilində Dəməşqin İranla bütün əlaqəni kəsməsini şərt qoyub". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu sözləri Suriya prezidenti Bəşər Əsəd deyib.

O qeyd edib ki, Səudiyyə Ərəbistanının ən böyük istəyi İranı məhv etməkdir.

"Onlar təklif etdilər ki, İrandan kənar dayan, o zaman sənə kömək edərik. O vaxt müharibə hələ başlamamışdı", - deyə Əsəd vurğulayıb.

Bəşər Əsəd bildirib ki, hazırda havada 3-cü Dünya Müharibəsinin qoxusu var.

"Biz münaqişənin eskalasiyasının şahidi oluruq, amma ABŞ-ın əsas məqsədi dünyaya hökmranlıq etməkdir. Vaşinqton özüə rəqib kimi nəinki Rusiyanı, hətta hər hansı bir müttəfiqini görmək istəmir. Məhz buna görə, böyük müharibənin baş verəcəyi istisna deyil", - deyə Əsəd qeyd edib.

Suriya prezidenti Türkiyə-Rusiya münasibətlərinin bərpa edilməsinə müsbət yanaşdığını ifadə edib.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR