Türkiyəli nazir: "Ankara Əsədlə danışıqlara getməyəcək"

“Rəsmi Ankara Bəşər Əsədlə danışıqlar aparmayıb, bundan sonra da aparmaq niyyətində deyil”

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu fikirləri Türkiyənin Avropa Birliyi üzrə naziri Ömər Çelik bəzi mətbuat orqanlarının Türkiyə diplomatlarının Suriya hakimiyyəti ilə dialoq üçün Dəməşqə gedəcəyi ilə bağlı yazılarına cavab olaraq səsləndirib.

 

"Türkiyə Bəşər Əsədlə səhnəarxası danışıqlar aparmaq niyyətində deyil. Xarici mətbuatın bu barədə iddiaları tamamilə əsassızdır.  Öz xalqını məhv edən, onlara qarşı aviasiya və kimyəvi silahlar tətbiq etməklə hakimiyyəti qanunsuz olaraq əlində saxlayan birisi ilə hər hansı danışıqlardan söhbət gedə bilməz”.

Nazir eyni zamanda ölkəsinin və müttəfiq dövlətlərin Suriyada Azad Suriya ordusu da daxil olmaqla, bütün qanuni müxalif qruplaşmaları dəstəklədiyini və bu məsələdə həmfikir olduğunu bildirib.
 

Onun fikrincə, Türkiyə Suriyada xalqın iradəsinə uyğun siyasi sistemin yaradılmasında maraqlıdır.
 

F. Çelik eyni zamanda Suriyanın siyasi keçid dövrünə ehtiyacı olduğunu da qeyd edib.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR