İran Yəmənə hərbi gəmilər göndərdi - ABŞ DONANMASI ORDADIR

İran Yəmən sahillərinə hərbi gəmilər göndərib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, gəmilər Ədən körfəzi və Bab-əl-Məndəb boğazı vasitəsilə hərəkət edir.

Tehran bu addımının ticarət gəmilərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə atıldığını bəyan edib.

"Buşer" və "Əlvənd" gəmiləri müəyyən müddət ərzində ərazidən keçən ticarət gəmilərini təhlükədən qoruyacaq. İran bu ərazilərin dəniz quldurlarının hədəfində olduğunu iddia edir.

Xatırladaq ki, Yəmən sahillərində hazırda ABŞ gəmiləri də üzür. İki gün öncə amerikan donanması Yəməndən husi üsyançılar tərəfindən atəşə tutulub. Oktyabrın 13-də isə ABŞ Yəməndəki şiə üsyançıların mövqelərini bombardman edib.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR