Tusk: "Britaniya "Brexit" qərarından imtina edə bilər"

Avropa Şurasnın rəhbəri Donald Tusk Britaniyanın Avropa İttifaqından çıxmaq qərarından daşınacağını istisna etmədiyini bildirib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, o, bu barədə Brüsseldə açqlamaverib.
 

"Əgər siz məndən soruşsanız ki, bu yaxşı olmayan ssenarinin alternativi var, ya yox, mən cavab verərdim, bəli, var. Fikrimcə, ağır "Brexit" qərarının real alternativi "Brexit"dən imtinadır. Baxmayaraq ki, buna indi heç kim inanmır", - deyə, Tusk əlavə edib.

O, vurğulayıb ki, hadisələr istənilən istiqamətdə inkişaf edə bilər.

"Bütün ssenarilər reallaşa bilər, o cümlədən pozitiv ssenari. Mən hələ bu vaxta qədər bir nəfər də olsun bu referendumun nəticəsindən razı qalan Avropa lideri görməmişəm".

Tusk bildirib ki, Britaniyanın Avropa İttifaqından imtina etməsi qərarından hər iki tərəf zərər görür.
 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR