Çavuşoğlu Tehrana Ər-Riyaddan səsləndi: "Başqalarının işinə qarışmayın"
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İrandan digər ölkələrin daxili işinə qarışmamağı tələb edib. APA TV-nin məlumatına görə, bu tələbi M. Çavuşoğlu Ər-Riyadda keçirdiyi mətbuat konfransında səsləndirib.
“Əl-Ərəbiyə” telekanalı ilə yayımlanan çıxışında nazir terrorizmin bütün növləri ilə mübarizənin vacibliyini önə çəkib. Öz növbəsində Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr rəsmi Tehranla münasibətlərin normallaşması üçün ölkəsinin irəli sürdüyü bütün tələblərin rəsmi Tehrana məlum olduğunu açıqlayıb.
Bu tələblər arasında mehriban qonşuluq prinsiplərinin qorunması və ərəb ölkələrindəki şiə icmalarına İranın ekspansiya siyasətinin təbliğatçıları kimi yanaşılmasından imtina edilməsi də var.
"Küveyt də daxil olmaqla, Livan, İraq, Bəhreyn və Səudiyyə Ərəbistanındakı şiə müsəlmanlar bu ölkələrin vətəndaşlarıdır və İranın onlarla heç bir əlaqəsi olmamalıdır” - deyə, A.Əl-Cübeyr bildirib.
O, eyni zamanda İraqda İŞİD terror qruplaşmasına qarşı döyüşən özünümüdafiə dəstələri haqqında da mənfi fikirlər bildirərək, onları İrana tabe olmaqda və insanları dini mənsubiyyətinə görə fərqləndirməkdə ittiham edib.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?