Azad Suriya Ordusu İŞİD-in nəzarətində olan qəsəbəyə hücuma keçdi

Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Suriyanın şimalında İŞİD-ə qarşı mübarizə aparan Azad Suriya Ordusu daha bir neçə kəndi terrorçulardan təmizləyib. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müxaliflər Azez bölgəsinin şərqinə tərəf irəliləməyə başlayıb.

Hücumun Azez-Rai bölgəsində müşahidə olunduğu qeyd olunur. Əməliyyata Türkiyənin HHQ-nin və artilleriyasının dəstək verdiyi deyilir.

Azad Suriya Ordusunun TIR-lara və kiçik yük maşınlarına yüklənən hərbi avadanlığı ağır texnikanın müşayiəti ilə daşınır. Müxaliflərin İŞİD-in nəzarətində olan Dabalık qəsəbəsinə hücuma keçəcəyi və yaşayış məntəqəsinin yaxınlığına güc toplandığı vurğulanır.


 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR