Almaniya Rusiyanı hədələdi: "Cavabımız çox sərt olacaq"
“Almaniya istənilən NATO ölkəsinə qarşı hücumlara sərt cavab verəcək”. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.
O, AŞPA-nın iclası zamanı İngiltərə nümayəndə heyətinin üzvü Mark Pritçardın alyansa üzv olan dövlətlərdən birinə qarşı konkret olaraq Rusiya tərəfindən silahlı hücum olarsa, NATO-nun buna reaksiyasına dair sualını da cavablandırıb.
Nümunə kimi Rusiyanı göstərən M. Pritçard alyansın nizamnaməsinin 5-ci bəndinə uyğun olaraq bu ölkəyə qarşı hərbi əməliyyatlara başlamağın vacibliyini vurğulayıb.
“Mən bu suala qısa cavab verəcəyəm. Bizim buna reaksiyamız sərt olacaq”, - deyə, F. Ştaynmayer sualı belə cavablandırıb.
Hazırda Rusiya-NATO münasibətlərini heç də ideal saymaq olmaz. Belə ki, 2016-cı ilin iyul ayında alyansın Varşavada keçiriləcək sammitində Baltikyanı zonada dörd əlavə çoxmillətli batalyonun yerləşdirilməsi qərara alınıb.
Latviya, Litva, Estoniya və Polşaya əsgərlərini göndərən dövlətlər isə müvafiq olaraq Kanada, Almaniya, İngiltərə və Amerika Birləşmiş Ştatlarıdır
Rəsmi Moskva isə dəfələrlə NATO qüvvələrinin Rusiya ərazisinə yaxınlaşmasını ölkənin təhlükəsizliyinə ciddi təhdid kimi qiymətləndirib.
Oktyabrın 9-da Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko ölkəsinin Avropadakı hərbi qüvvələr balansını qorumaq üçün bütün vasitələrdən istifadə edəcəyini, lakin yeni silah yarışına can atmadığını qeyd edib
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?