Tailand kralı öldü
Tailndın kralı ölüb. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, Pxumpion Adulyadet Banqkonqun Sirirat xəstəxanasında 89 yaşında keçinib.
O, ailə üzvlərinin əhatəsində vəfat edib. Mərhum monarxın qızı, şahzadə Çulabxorn ötən ay Milli Televiziya vasitəsi ilə atasının səhhətinin pisləşməsi barədə məlumat verib.
Onun yerinə yeganə namizədi 63 yaşlı Maxa Vaçiralonqkornun gətiriləcəyi bildirilir.
Pxumpion Adelyat 1946-cı ildən taxt-tacın sahibi olub. Tailand əhalisi onu ən çətin siyasi dönəmlərdə ölkənin birliyini təmin edən şəxs kimi müqəddəsləşdiriblər. Kralın 1990-cı illərdə Tailandın demokratikləşdirilməsində böyük rolu olduğu vurğulanır. O, 2006-cı ildə Taksin Çinavat hökumətini devirən hərbi xuntaya dəstək verib.
OXŞAR XƏBƏRLƏR
19:05
561
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
468
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
598
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
417
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
407
Növbəti günlərdə bizi necə hava gözləyir?
04:40
1217