Ermənistanın Gümrü şəhərində rus hərbçisi bıçaqlandı
Ermənistanda rus əsgəri bıçaqlanıb. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, hadisə Gümrü şəhərində qeydə alınıb.
24 yaşlı adı açıqlanmayan hərbçiyə şəhərin Şirakatsi küçəsi ilə Maramaraşen şosesinin kəsişməsində xəsarət yetirilib. Onun naməlum şəxslərlə mübahisə etdiyi və bıçaqlandığı qeyd olunur.
Yaralı hərbçinin xəstəxanaya çatdırıldığı bildirilir.
Erməni mətbuatı onun xidmət etdiyi hərbi hissədə bıçaqlandığını yazır.
Xatırladaq ki, 2015-ci ilin 12 yanvar tarixində Rusiyanın Ermənistanın Gümrü şəhərindəki hərbi bazasının müddətli hərbçisi Valeri Permyakov bir erməni ailəsinin 7 üzvünü qətlə yetirib. Bundan sonra o, Türkiyə sərhədini keçmək istəyib.
Gümrü şəhər məhkəməsi Valeri Permyakovun ömürlük azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?