BMT-nin yeni baş katibi bəlli oldu

Birləşmiş Millətlər Təşkilatının yeni baş katibi seçilib. APA-nın məlumatına görə, yeni baş katib portuqaliyalı siyasətçi Antonio Qutterreşdir.

 

O, vəzifəsinin icrasına gələn il yanvarın 1-dən başlayacaq və 2021-ci il dekabrın 31-nə kimi bu vəzifədə qalacaq.

 

Qeyd edək ki, ötən həftə BMT Təhlükəsizlik Şurası A.Qutterreşin bu vəzifəyə təyin olunması ilə bağlı Baş Assambleyaya tövsiyə məktubu göndərib.

 

1949-cu il təvəllüdlü Antonio Qutterreş 2005-ci ilin iyunundan 2015-ci ilin dekabrına kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarı vəzifəsini daşıyıb. O, 1995-2005-ci illərdə Portuqaliyanın baş naziri olub.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR